Axtarış...

Əsabil Qasımov yenə də İŞ BAŞINDADIR... - QALMAQAL

Əsabil Qasımov yenə də İŞ BAŞINDADIR... - QALMAQAL


Oktyabrın 14-də "Pilot-16” şirkəti Nəsimi rayonu, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi 176 ünvanında yerləşən vətəndaşa məxsus mülkü dağıdıb.

Mülkiyyət sahibəsi, 72 yaşlı Vera Alekseyevna Kostenko baş verən qanunsuzluqda Milli Məclisin sabiq deputatı Əsabil Qasımovu günahlandırır.

O, "arqument.az”a deyir ki, evini başına uçuran şirkətə Əsabil Qasımov rəhbərlik edir.

Onun sözlərinə görə, "Pilot-16” şirkəti mülkiyyətini dağıtmaqla dəyər-dəyməzə almağa çalışır.

Vera Kostenko deyir ki, günlər ərazidə qonşuların evini sökürlər. Ona da çox az məbləğdə pul təklif etməklə ərazidən çıxmaq təklif olunub.

Təkliflə razılaşmayan mülkiyət sahibi bildirib ki, evi də, həyəti də özəldir və çox ucuz qiymətə satmaq niyyətində deyil.

O, evinin qanunsuz olaraq sökülməsinin qarşısının alınması üçün məhkəməyə müraciət edib.

Məhkəmə ona məxsus mülkiyyətlə bağlı bütün söküntü işlərinin dayandırılması barədə qərardad çıxarıb. Buna baxmayaraq oktyabrın 14-də əraziyə buldozer gətirilib və evinin 2 otağının divarları dağıdılıb.

Vera Kostenko baş verənlərlə bağlı yaxın qohumu Dmitri Yaqubovla birgə Nəsimi Rayon Prokurorluğunu, Nəsimi Rayon Polis İdarəsinə də şikayət ərizəsi ilə müraciət edərək baş vermiş cinayətin araşdırılmasını tələb edib.

"Arqument.az” şikayətlə bağlı Əsabil Qasımovdan münasibət öyrənə bilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz