Axtarış...

Bakı Şəhərində Milyonerlər Məhəlləsində Özünə Fərdi Yaşayış Evi Tikən Şəxs Qonşusunu Evini Uçurdu

Bakı Şəhərində Milyonerlər Məhəlləsində Özünə Fərdi Yaşayış Evi Tikən Şəxs Qonşusunu Evini Uçurdu

Millitv.az informasiya – xəbər portalının redaksiyasına müraciət edən(Milyonerlər məhəlləsi kimi tanınan ) Bakı şəhəri Nərimanov Rayonu Araz küçəsi , ev 29 –ünvanında yaşayan Ələkbərov İlqar Kamandar oğlu Fuad adlı şəxs tərəfindən evlərinin qarşısında may ayından bşlayan tikinti işlərinin acı nəticələrinə məruz qaldığını bildirdi.

İlqar Ələkbərovun anası leyla Ələkbərovanın bizə verdiyi açıqlamada qeyd etdi ki,onların evlərinin qarşısında tikintiyə başlanmazdan əvvəl söküntü işləri apararkən, Söküntüdən qopan daş parçası pencərəni qıraraq evlərinin içinə düşməsi səbəbindən xəstə yatan yoldaşının qorxduğundan halı pisləşərək dünyasını dəyişməsinə səbəb olmuşdur.

Bakı Şəhərində Milyonerlər Məhəlləsində Özünə Fərdi Yaşayış Evi Tikən Şəxs Qonşusunu Evini Uçurdu

Ev sakinlərinin bildirdiyinə görə tikinti aparılan gündən onların evlərində və həyətyani ərazilərində xırda çatlar yarandığından tikinti aparan şəxslərə bu barədə məlumat versələrdə onlar sakinlərin sözlərinə heç bir əhəmiyyət verməyərək tikinti işlərini daha aqresiv şəkildə həyata keçirməyə başlamışlar .

leyla Ələkbərovanın bildirdiyinə görə 22 oktyabır 2018 – ci il tarixində evdə oturduqları yerdə birdən böyük bir taqqıltı yaradaraq evlərinin divarları çatdamağa başladı.Göründüyü kimi tikint aparan şəxsin qazdığı 4 – metrə qədər olan kotlavanın yaratdığı torpaq böşluğu nəticəsində yaranan sürüşmə, Yaşayış evinin konalizasiya və su xətlərini dağıtmaqla yanaşı, Şikayətçinin min əziyyət bahasına tikib qurduğu fərdi yaşa evinin istinad divarları biri -birindən ayrılaraq yüz faizli uçmaq təhlükəsi yaratmışdır.

İlqar Ələkbərovun bildirdiyinə görə evlərinin uçmaq təhlükəsi ilə üz – üzə qalmaları səbəbindən evlərini tərk edib müvəqqəti olaraq qohumlarının evində məskunlaşmağa məcbur olublar.Bu barədə əlaqədar qurumlara etdikləri müraciətlərdən sonra FHN - əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçirərib tikinti işlərini dayandırmaq göstəriş verərək ərazini lentlə bağlamaqlarına baxmayaraq tikinti aparan şəxs bunlara heç bir əhəmiyyət verməyərək tikintisini davam etdirməkdədir.

Bakı Şəhərində Milyonerlər Məhəlləsində Özünə Fərdi Yaşayış Evi Tikən Şəxs Qonşusunu Evini Uçurdu

Yaranmış vəziyyətlə bağlı redaksiya adından tikinti aparan şəxslərlə əlaqə saxlayaraq Baş verən hadisəyə aydınlıq gətirilməsini bildirdikdə fərdi yaşayış evinin tikintisini aparan Araz adlı şəxs bizə bildirdi ki,bütün olanlardan xəbərdardırlar. Hal – hazırda sakinlərin su – konalizasiya sisteminin təmir bərpa işləri ilə məşqul olurlar, O cümlədən evi uçmaq təhlükəsi ilə üzləşən şəxsədə hər cür köməklik göstəriləcəyini bildirdi.

XƏBƏRİ VİDEO SƏYFƏDƏN İZLƏ






MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz