Axtarış...

“Kapital Bank” kiberdələduzların oylağına çevrilib – Daha bir oğurluq faktı…


“Kiber dələduzlar tərəfindən Kapital bank kartımdan 6400 manat “Tiktok”a ödəniş olunub, komissiya haqqı ilə birlikdə isə 7500 manata yaxın pul gedib. Bundan əlavə, kartı tranzit olaraqda istifadə ediblər. Əməliyyatlar gecə yarısı və səhər, 4,5,6 arası olub”. Tribunainfo.az xəbər verir ki, bankın müştərisi Murad Məmmədov başına gələni açıqlayıb. Onun sözlərinə görə, Kapital Banka bildirdikdə “sizə 3 D kodu göndərildiyi üçün bizlik heç nə yoxdur” deyiblər: “Halbuki pul çıxılandan sonra mesaj bölməsinə baxdım, gələn kodlar oxunmamışdı. Hansı yolla 3 D kodu olmadan ödəniş ediblər maraqlıdır. Bank Hüquq Mühafizə Orqanlarının üzərinə atır məsələni, Polisə şikayət edilib artıq araşdırmalar gedir. Nəticə nə olacaq məchuldur, amma ortaya bir sual çıxır – Kapital Bank hansı səviyyədə şəxsi məlumatlarımızı qoruya bilir?
Bu dələduzlar Bank sistemlərinə daxil ola bilirmi? Yaxud cihazlarımıza müdaxilə edə bilirmi? Nə hikmətdirsə, son 1 həftədə bu dələduzlar yalnız Kapital Bank kartlarına qənim kəsiliblər. Bu yolla əldə etdikləri məbləği təsəvvür edə bilmirəm. Kimlərə bu kibercinayətkar dəstə tərəfindən ziyan dəyibsə zəhmət olmasa yazsın. Ziyana uğrayan hər kəs Polisə şikayət etsin, DİN-in bu şəbəkəni çökdürəcəyinə inamım tamdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz