Axtarış...

"Problemi m10 bankın, bank isə m10-un üstünə atır..." - GİLEY

"Problemi m10 bankın, bank isə m10-un üstünə atır..." - GİLEY

Elektron pulqabım m10-dan Azərbaycan Beynəlxalq Bank kartıma pul göndərmişəm. Hesabımdan pul çıxıb, ancaq həmin pul bank kartıma oturmayıb. Mənimlə top kimi oynayırlar.

Tribunainfo.az yazır ki, bu şikayəti Mudar Səlimli dilə gətirib. O bildirib ki, pul yoxa çıxıb, problemi isə m10 bankın, bank isə m10-un üstünə atır:

“Əslində m10-luq heç nə yoxdur. Təsdiqləmə kodunu verirlər, hətta “Azerikart”dan mesaj da gəlib ki, pul mədaxil oldu. Bəs onda bu nə məsələdir? Birdən mənə pul təcili lazım olardı, nə olacaqdı? İndi mən 100 manata görə banka getməliyəm. M10-dan bildiriblər ki, Beynəlxalq Bankda belə hallar olur. Sizə də bildirirəm ki, bunu nəzərə alın. Kiməsə təcili pul lazım olar, pis vəziyyətdə qalarsınız”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //Tribunainfo.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz