"Mənim şikayətim "Kapital Bank"dandır. Yoldaşım hərbçidir. 2018-ci ildən kredit götürmüşük..."
Millitv.az bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Türkan Nəsirli-İsgəndərova giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Kreditin aylğığ 534 manat idi. 8 oktyabrdan götürülmüşdü. Maaş da "Kapital Bank"ın özündədir deyə hər ay maaş vurulan kimi cıxılırdı. "1 kart" da 80 manat idi, amma gecikmə olurdu deye 154 manat tutulurdu. Yaydan bəri gecikmə olmurdu. Əvvəldən verirdik. Hərbçilərdə maas muharibədən əvvələ kimi 15-i köcürdü. Amma muharibədən sonra 19-dan tez vurulmur.
Bu ay hər bir hərbçinin gözlədiyi 13-cü maaş köcməlidir. 25-nə deyiblər. "Kapital Bank" da bu ilin yanvar ayndn etibarən təzə qanun cıxarıb. Hər bir gun üçün 2.01 qəpik faiz gəlir kreditin üstünə. Aylığı 534 manat olan kreditimiz 563.78 olub. Hələ kartda olan 1.97 qəpik də tutulub. Ümumi 565.68 manat...
Biz krediti götürəndə yoldaşım sual vermisdi ki, maaşdan əvvəl olduğuna gələcək faiz? Demisdilər ki xeyir. Amma deyirlər ki, pandemiyaya görə faizləri dayandırıblarmış, indi də yenidən yazırlar dedilər. 2018-ci ildə "karona" var idi? Hərbçi sizdən maaş alır, maaş köcmədiyi halda hardan versin?
Onsuz da 29%-le kredit verib batırmısız bizi. 13100 manat götürüb 20.000-dən çox pul qaytarmışıq. Müharibə vaxtı yaralanan hərbçilər üçün faiz silinməsi olacag dediniz. Onu belə etmədiniz... Sənədlərlə yaxınlaşdı yoldaşım.
Bildirdilər ki ağır yaralılar üçündür. Gərək əlin, ayağın, gözün olmasın? 1116 manat kirayə pulu daxil maaş alir. Bu ay da kirayə pulu vurulmayacag. Bəlkə bir dur deyəsiniz... 25-nə kimi faiz gəlməklə məqsədiniz nədir, hə?
İlboyu gözümüzü dikdiyimiz maaş 13-cü maaşdır ki uşaqlarımızın arzularının hec olmasa birini həyata kecirə bilək... O da sayənizdə hec vaxt gerçək olmur. Bu ay 4 minə düsəcəkdi kreditimiz, sayənizdə yene 5526 manat olub..."
DİA.AZ bildirir ki, həqiqətən də ölkədə bankların yüksək faizlə kredit verməsi ölkədə başlıca problemlərdəndir, desək, yanılmaqır. Görünəni odur ki, dövlət də bu məsələdə vətəndaşçını bu QƏSBKAR BANKİR ordusu ilə üz-üzə buraxıb...
Konkret şikayətə gəlincə isə bu məsələdə hələ də "Kapital Bank"ın bu hərbçi ailəmizin borcunun üstünə borc gətirəcəyinə yox, borcunu birdəfəlik siləcəyinə ümid edirik.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...