“Kapital Bank”ın Neftçala filialında müştərilərə qarşı kobudluq və saymamazlıq halalrı baş alıb gedir. Bu barədə bankın müştərisi olan Neftçala sakini PİA.az-a şikayət ünvanlayıb.
Millitv.az məlumatına görə PİA.az-a teleon açan Neftçala sakini bildirib ki, səhər tezdən ona “Kapital Bank”ın mərkəzi ofisindən telefon edilib və müştəri tərəfindən kreditin ödənişinin yubanıldığı bildirilib. Müştəri isə bildirir ki, müqaviləyə əsasən o, hər ayın 7-ə qədər kredit borcunu ödəyir və bu günə qədər də gecikmə halalrı olmayıb. Mərkəzi ofisdən bildiriblər ki, məsələ ilə bağlı “Kapital Bank”ın Neftçala filialına yanaşsın və problemə orda aydınlıq gətirilsin.
“Kapital Bank”ın Neftçala filialına gələn müştəri orda kobudluqla qarşılaşıb. Qəbulda xidmət göstərən xanım müştəriyə saymazyana şəkildə bildirib ki, onlar heç bir şey deyə bilməzlər və buna görə də onları narahat eləməsin.
Müştəri qeyd edir ki, qəbulda xidmət göstərən xanım bütün müştərilərə qarşı bu şəkildə davranır və onun kobud və saymazyana davranışlarından bir çox müştərilər dəfələrlə filialın müdirinə şikayət ediblər. Lakin nə şikayətlərə görə ölçü götürülür, nə də xidmət göstərən xanım kobudluq və saymamazlığından əl çəkir.
Məsələ ilə bağlı “Kapital Bank”ın Neftçala filialının rəhbəri Telman Qorçiyevin yanına girən müştəri yenə də eyni vəziyyətlə üzləşib. Müştərinin təqdim etdiyi qəbzlərə göz mele atmayan filial müdiri bildirib ki, yaranmış problemlə bağlı heç bir şey deyə bilməz və bu məsələlər onluq deyil. Qəbulda xidmət göstərən xanımın kobudluğu ilə bağlı müştərinin şikayətinə reaksiya verən T.Qorçiyev eyni kobudluğu təkrarlayıb və saymazyana şəkildə, “mən bilmirəmsə, demək ki, o da bilmir”, deyib.
Müştəri bildirib ki, bankda heş kim zəhmət çəkib onun hesabını yoxlamadı və kreditin bankın hesabına keçib-keçməməsi ilə bağlı məlumat vermədi. Bütün bunlara görə də müştəri “Kapital Bank”ın rəhbərliyinə bir neçə sual ünvanlayır:
1. Uzun illərdir “Kapital Bank”ın Neftçala filialının rəhbərlik edən Telman Qorçiyevin bu davranışlarını bank rəhbərliyi necə dəyərləndirir?
2. Əgər ödənilmiş kreditlərlə bağlı yaranan problemləri “Kapital Bank”ın Neftçala filialınında heç kim bilmirsə, onda kim bilir?
3. Niyə filialda çalışanlar müştərinin hesabına baxaraq problemin nədən qaynaqlanması haqda müştəriyə məlumat vermək istəmir? Bunun izah olunacaq bir səbəbi varmı?
Qeyd edək ki, uzun illərdir “Kapital Bank”ın Neftçala filialına rəhbərlik edən T. Qorçiyevlə bağlı əvvələr də çoxlu şikayətlər olunub və bu şikayətlər mətbuatda belə yer alsa da, mərkəzi ofis T.Qorçiyev haqda heç bir tədbir görmür. Hətta yerli mətbuatda yer alan məlumatların arasında T.Qorçiyevin əvvələr bankdan kredit götürmüş şəxslərin adına onlardan xəbərsiz yeni kredit sənədləşdirilməsi barədə də məlumatlar var.
Qarşı tərəfin mövqeyini dərc edtməyə hazırıq…