Axtarış...

"Kapital Bank"-dan prezidentə ŞİKAYƏT - Bankın bu pulu, cavabdeh ola-ola ödəmək istəmədiyini görən...

"Kapital Bank"-dan prezidentə ŞİKAYƏT - Bankın bu pulu, cavabdeh ola-ola ödəmək istəmədiyini görən...

Tia.az-ın redaksiyasına Sərdarova Gülnar Sərdar qızı tərəfindən “Kapital bank”dan prezidentə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.

Məktubunda şikayətçi bildirir ki, 2017-ci il tarixdə Bakı şəhərində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Bank müqaviləsi imzalayıb . Bu müqaviləyə əsasən onun bankda açdığı hesabdakı məbləğ siğortalanıb ödəniş kartında əmanətdə olan məbləğə zəmanət verilib.

Bankın xidmətindən istifadə edən,öz hesabaına müxtəlif vaxtlrada pul qoyan Gülnar Sərdarovun bank kartından 4236 manat pulun qeyri-qanuni yolla onun izazəsi olmadan hesabımdan çıxarılıb. Gülnar Sərdarovaya bu, “Kapital Bank” da açdığı bank hesabından pul çıxartmaq istərkən məlum olub. Halbuki,kart istifadədə olan müddətdə üzərində dəfələrlə mübadilə-köçürmə əməliyyatlar aparılmış kartından çıxarılmış məbləğ üzrə ona məxsus bankda qeydiyyata alınmış mobil telefon rabitə nömrəsinə “Kapital Bank” tərəfindən heç bir online mobil informasiya verilməmişdir.Bankın bu pulu,cavabdeh ola-ola ödəmək istəmədiyini görən Gülnar Sərdarova bankı məhkəməyə verib.Lakin Nəsimi Rayon Məhkəməsi iddiaçı Sərdarova Gülnar Sərdar qızının “Kapital bank” ASC-yə dəymiş zərərin və təzminatın ödənilməsi tələbinə dair iddiasını ədalətsiz olaraq rədd edib. Gülnar Sərdarova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Gülnar Sərdarovanın prezidentə ünvaladığı müraciəti təqdim edirik:

“Hörmətli prezident Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 2(006)-6085/2018 saylı qətnaməsi ilə mənim cavabdeh“Kapital bank” ASC-yə dəymiş zərərin ödənilməsi tələbimə dair iddiam tələbi rədd edilmişdir.

Hesab edirəm ki, Nəsimi rayon məhkəməsi iş üzrə həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, mənim iştirakım olmadan, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul etməmişdir.

Mən Sərdarova Gülnar Sərdar qızı cavabdeh “Kapital bank” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənə məxsus kapital kart klassik tipli, 7011 FİN kodlu kart hesabımdan olan və icazəsiz silinmiş 4236.34 AZN pulun cavabdehdən alınaraq mənə qaytarılması, mənə dəymiş maddi və mənəvi ziyana görə cavabdehdən 50.000 (əlli min) AZN təzminat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq mənim hesabıma keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişəm.

Qeyd edim ki, sonradan 02.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbimin artırılması” barədə məkəməyə ərizə vermişəm və mənə dəymiş zərərin həcminin artırılaraq 100.000 (bir yüz min) manat hesablanmasını xahiş etmişəm.

Mən İddiaçı Sərdarova Gülnar Sərdar qızı 11.10.2017-ci il tarixdə Bakı şəhərində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə aramızda xüsusi şərtləri ehtiva edən hesab və ödəniş kartının alınması və istifadəsi barədə Bank müqaviləsi imzalamışıq. Bankda bağlanmış hesab və ödəniş kartına dair “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialının müdiri Əkbərov Elçin Əli oğlu şəxsində 2 (iki) il müddətinə kapitalkart klassik tipli 7011 FİN-kodlu ödəniş kartı verilməsi və istifadəsinə dair əsas şərt və qaydaları müəyyənləşdirən müqavilə imzalanmışdır. Kapital Bank ASC ilə aramızda bağlanmış bu müqaviləyə görə 7011 şifrəli ödəniş kartı verilmişdir. Eyni zamanda müqavilə imzalanarkən Azərbaycan Respublikası Qanunvericilik aktları və “Banklar haqqında”Qanun və bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə satandart şərtlər” (standartlar) müqavilənin ayrılmaz tərkib hissəsi olaraq göstərilmişdir. Bu müqaviləyə əsasən mənim bankda açdığım hesabdakı məbləğ siğortalanır və bütün növ kapitalkart klassik tipli 7011 FİN-kodlu, 4169733213117836 nömrəsi olan ödəniş kartında əmanətdə olan məbləğə zəmanət verilir. Kart istifadədə olan müddətdə üzərində dəfələrlə mübadilə-köçürmə əməliyyatlar aparılmış kartından çıxarılmış məbləğ üzrə mənə məxsus bankda qeydiyyata alınmış mobil telefon rabitə nömrəsinə heç bir online mobil informasiya verilməmişdir.

Mənim 01.01.2018-ci il tarixdə cari hesabımda 1336.19 AZN (min üç yüz otuz altı manat on doqquz qəpik) pul olmuş və 01.01.2018-ci il tarixə qədər müxtəlif vaxtlarda hesablama 1000 (min) manat, əlavə 1000 (min) manat, əlavə 400 (dörd yüz) manat, əlavə 400 (dörd yüz) manat, 100 (yüz) manat, yəni cəmi 2900 (iki min doqquz yüz) manat olmaqla əlavə məbləğlər toplanmaqla ümumi bank hesab məbləğim 4236 AZN (dörd yüz iki yüz otuz altı ) olmuşdur. 12.03.2018-ci il tarixdən 11.06.2018-ci il tarixədək tərəfimdən heç bir ödəniş və köçürmə əməliyyatı aparılmamışdır. 11.06.2018-ci il tarixdə Kapital Bankdan mənə məxsus plastik kartla şəxsi istifadəm üçün pul çıxarmaq istədikdə hesabımda olan 4236 (dörd min iki yüz oruz altı ) manat pulun qeyri-qanuni yolla mənim icazəm olmadan hesabımdan çıxarıldığı məlum olmuşdur.

Kapital Bankın 11.06.2018-ci il tarixdə kapitalkart klassik tipli 7011 FİN-kodlu, 4169733213117836 nömrəsi olan ödəniş karı üzrə çıxarışından məlum olur ki, mənə məxsus kart hesabımda olan pullar 13.03.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 220.97 AZN (iki yüz iyirmi nabat doxsan yeddi qəpik) TviTerm/GOOGLE*İGG MobileGame, 14.04.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 151.27 AZN(yüz əlli bir manat iyirmi yeddi qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 18.04.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 53.81 AZN(əlli üç manat səksən bir qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 22.04.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 86.14 AZN(səksən altı manat on dört qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 23.04.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 96.84 AZN(doxsan altı manat səksən dört qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 24.04.2018-ci il tarixə ayrı-ayrı saatlarda ümumilikdə 195.02 AZN(yüz doxsan beş manat iki qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 25.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 267.02 AZN(iki yüz altımış yeddi manat iki qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 26.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 159.97 AZN(yüz əlli doqquz manat doxsan yeddi qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 27.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 299.38 AZN(iki yüz doxsan doqquz manat otuz səkkiz qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 28.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 160.36 AZN(yüz altımış manat otuz altı qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 29.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 224.96 AZN(iki yüz iyirmi dört manat doxsan altı qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 30.04.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 96.28 AZN(doxsan altı manat iyirmi səkkiz qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 01.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 245.91 AZN(iki yüz qırx beş manat doxsan bir qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 02.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 127.63 AZN(yüz iyirmi yeddi manat altımış üç qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 03.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 363.78 AZN(üç yüz altımış üç manat yetmiş səkkiz qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 05.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 65.82 AZN(altımış beş manat səksən iki qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 06.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 111.74 AZN(yüz on bir manat yetmiş dört qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 07.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 106.24 AZN(yüz altı manat iyirmi dört qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 08.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 445.21 AZN(dört yüz qırx beş manat iyirmi bir qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 09.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 84.06 AZNsəksən dört manat altı qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 19.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 36.19 AZN(otuz altı manat on doqquz qəpik)TviTerm/GOOGLE*İGG MobileGame, 20.05.2018-ci il tarixə ayrı ayrı saatlarda ümumilikdə 4.16 AZN(dört manat on altı qəpik)TviTerm/GOOGLE*İGG MobileGame ünvanına pul çıxarılmışdır. Bununlada mənim cəmi 4236.34 AZN( dört min iki yüz otuz altı manat otuz dört qəpik) pulum bank hesabımdan TviTerm/GOOGLE*İGG MobileGame-nin ünvanına icazəm olmadan keçirilmişdir. Halbuki mən belə ünvan tanımıram və heçvaxt bu barədə eşitməmişəm.

Qanunun tələbinə görə əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini hesabdan silərsə bunun üçün bank məsuliyyət daşıyır. AR MM-nin 950-ci maddəsinə görə banklar fiziki şəxslərin əmanətlərini icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulmuş hallarda isə başqa üsullarla təmin etməlidir. AR MM-nin 966-cı maddəsinə əsasən hesab əməliyyatlarının lazımınca aparılmaması və müştərinin pulunun əsassız köçürülməsinə görə bank həmən məbləğ üçün məsuliyyət daşıyır və AR MM-nin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.

Cənab prezident sizdən mənim məsələmin obyektiv araşdırılması və mənə dəyən zərərin ödənilməsi üçün göstəriş verməyinizi xahiş edirəm”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz