Bakı Sağlamlıq Mərkəzi “Tibbi avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
Tenderin qalibi “Solamedıcal” MMC olub.
Qalib şirkətə 4 984 446 manat ödəniləcək.
Qeyd edək ki, “Solamedıcal” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Səlimov Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı Şəhəri Nərimanov Rayonu, M. Araz, ev 18 ünvanında yerləşir.
dia-az.info