Axtarış...

Şəki Xəstəxanasına 4.3 milyonluq mebel satan kimdir? - 10 MANATLIQ ŞİRKƏTƏ 4 MİLYONLUQ TENDER

Şəki Xəstəxanasına 4.3 milyonluq mebel satan kimdir? - 10 MANATLIQ ŞİRKƏTƏ 4 MİLYONLUQ TENDER

Azərbaycan reallığı “tender möcüzələri” ilə təəccübləndirməkdə davam edir.

“AzPolitika.info” Dövlət satınalamalarının vahid internet portalına istinadla xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanası “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması” üzrə keçirdiyi tenderin nəticələrini açıqlayıb. Məlum olub ki, tenderin qalibi olan “Kale Solution” MMC adlı şirkət sözügedən xəstəxanaya 4 milyon 342 min manat dəyərində yumşaq mebel və digər mallar satacaq.

Maraqlıdır ki, bir çox hallarda olduğu kimi, bu şirkət də zəhmət çəkib özünə normal dəyərdə nizamnamə kapitalı belə formalaşdırmayıb. Cəmi 10 manat nizamnamə kapitalı olan “Kale Solution” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 07 mart 2019-cu ildə qeydiyyata alınıb.

Buna baxmayaraq, cəmi 10 manat kapitala malik olan və iki il əvvəl Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 24a, mənzil 1-də qeydiyyata alınan şirkətə 4.3 milyon manatlıq tender verilib. Hansı ki, xüsusilə də bu cür iri tenderlərə dair tələblərdə təcrübə də daxil olmaqla, bir çox şərtlər qeyd olunub. Ancaq həmişəki kimi, bu tələblərə məhəl qoyan yoxdur...

Sözügedən şirkətlə bağlı açıq mənbələrdə demək olar ki, heç bir ciddi məlumata rast gəlinmir. Yəni, şirkətin reallıqda kimə məxsus olduğu və belə böyük məbləğdə dövlət satınalmasını necə qazandığı müəmmalıdır... Buna baxmayaraq, qanuni təmsilçisi İmanov Aqil Azər oğlu adlı şəxs olan bu MMC ötən il də Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə maliyyə dəyəri 48 144 AZN təşkil edən Azərbaycan Dövlət bayrağı satıb.

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz