Axtarış...

Maliyyə Nazirliyindən "İnfinitech" şirkətinə 1 ilyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ

Maliyyə Nazirliyindən "İnfinitech" şirkətinə 1 ilyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ

Maliyyə Nazirliyi "Maliyyə Nazirliyinin video-müşahidə sistemlərinin işləkliyini təmin edən avadanlıqların, elektron poçt sistemi lisenziyalarının, həmçinin bir sıra yeni zəruri avadanlıq və lisenziyaların satın alınması" tenderinin nəticələrini elan edib.

Tenderin qalibi "İnfinitech" MMC (VÖEN: 1300226131) seçilib.

Şirkətlə 1 027 466 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

"İnfinitech" MMC daha öncə Dövlət Xəzinədarlığı Agentliyinin 2 203 532 manat dəyərindəki "İKT avadanlıqlarının alınması" tenderinin qalibi seçilib (02.05.2023).

Xatırladaq ki, "İnfinitech" MMC 22.03.2002 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 250 020 manatdır. Qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı Az1002, Bakı Şəhəri Nizami Rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir

DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz