Axtarış...

Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?

Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?

Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi mənzillərin və küçə yollarının təmiri işlərinin satına alınması ilə bağlı elan etdiyi müsabiqənin qalibini açıqlayıb. REPORTYOR.info xəbər verir ki, hər iki tenderin qalibi “Dəvəçi Tikinti” MMC olub. Qurum mənzillərin təmiri üçün şirkətə 56 042.21 AZN, küçə yollarının təmiri üçün isə 337 648.15 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Dəvəçi Tikinti” MMC 17 mart 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkəti hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mütəllimov Akif Üzüməli oğludur.
Açıq mənbələrdə “Dəvəçi Tikinti” MMC və şirkətin qanuni təmsilçisi Akif Mütəllimov barədə hər hansı bilgi yoxdur. Şirkətin bundan əvvəl satınalma müsabiqələrində iştirakına dair də hər hansı fakta rast gəlinmir.
12 ildir faəliyyət göstərən bir şirkət barədə məlumat məhdudluğu şübhəli məqamlardan xəbər verir. İstisna deyil ki, şirkət qeyri-şəffaf tenderlərdə iştirakı üçün yaradılıb.
Şabran rayonunun yerli hakimiyyətinin keçirdiyi tenderlərdə baş verən qanunsuzluqlar barədə mediada kifayət qədər yazılıb. Ona görə də bu tenderə şübhə ilə yanaşmamaq olmur. Digər tərəfdən, hər iki müsabiqənin qalibinin bir şirkət olması burada hansısa mübhəm məqamların olduğunu deməyə əsas verir. Biz hələ “Dəvəçi Tikinti” MMC-nin vergi borcunun olduğunu demirik. Şirkətin hazırda 1704.73 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.
Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi 2020-2021-ci illərdə abadlıq, mənzillərin təmiri və işıqlandırma işlərinə 39 735 848.66 AZN xərcləyib.
Şabran rayonunun icra başçısı Asif Hüseynovdur. O, 2019-cu ilin aprelindən bu vəzifədədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz