Axtarış...

Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? - 56 milyon alıblar...

Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? - 56 milyon alıblar...


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub.

Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq.

Onu da qeyd edək ki, daha əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində "Conco" QSC (VÖEN – 1403054601) qalib olub və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat ödəyəcək.

Şuşa şəhərində yaşayış binaları inşa edəcək “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758"də yerləşir.
2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi isə Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3"də yerləşir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz