Axtarış...

Dollara tələb kəskin artdı: manata təzyiq çoxalır

Dekabr ayında dollara tələbin artması aydınlığı ilə özünü büruzə verir. Dünən üçün keçirilən hərracda 89.7 milyon dollar sifariş olunub. Demək olar ki, bu ay, bu günə qədər hərraclarda 446.1 milyon dollar satılıb. Bu isə ötən ayla müqayisədə hərraclarda qeydə alınan 234,7 milyon dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
MilliTV nin Axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, 2023-cü ilin oktyabr ayı ərzində hərraclarda 202,6 milyon dollar satılıb. 2023-cü ilin 11 ayı ərzində isə hərraclarda 2 milyard 539,5 milyon dollarlıq sifariş qeydə alınıb:
“Aylıq müqayisə göstərir ki, dekabr ayında tələb kəskin artıb. Dekabrın ilk 21 günündə noyabr və oktyabr ayları üzrə cəmi məbləğdən daha çox dollar satılıb. Belə ki, son 2 ayda cəmi 437.3 milyon dollar satıldığı halda dekabrın geridə qalan günlərində 446.1 milyon dollar alınıb necə təsir edəcəyinə Mərkəzi Bank qərara verir
Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.

Ekspert bildirib ki, dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir edəcəyinə Mərkəzi Bank qərara verir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz