Axtarış...

Azərbaycanda əhalinin nağd dollar alışı kəskin artıb

Azərbaycanda əhalinin nağd dollar alışı kəskin artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin avqust ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 385,372 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumata görə, ardıcıl altıncı aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Avqust ayında banklar tərəfindən əhaliyə 542,749 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 157,376 mln. dollar alınıb.

İyul ayı ilə müqayisədə xalis nağd dollar satışında əvvəlki ayla müqayisədə 28 dəfə artım qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 10,3% azalıb, satışı isə 2,9 dəfə artıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz