Axtarış...

Mərkəzi Bank valyuta hərracı keçirdi - 244 milyon dollar satıldı



Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

Millitv.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın 10-da keçirilə hərracda 323,2 milyon ABŞ dolları, 11 martda 155 milyon ABŞ dolları, 12 marta 220,8 milyon ABŞ dolları, 13 martda 265,2 milyon ABŞ dolları, 17 Martda isə 250,3 milyon ABŞ dolları banklara satılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz