Bu ilin on ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 9 milyard 087,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 895,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə
müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.