Bu ilin yanvar ayında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2 066,3 mln. manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
Satılmış məhsulların və göstərilmiş xidmətlərin 95,5%-i qeyri-dövlət sektoruna aid olub. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri illik müqayisədə 3,5% artaraq 1 974,1 mln. manata çatıb.
Son 1 ildə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri isə 17,1% artaraq 726,2 mln. manat təşkil edib.