Axtarış...

Paytaxtda istehlak qiymətləri indeksi açıqlanıb


Sentyabrda Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,5 faiz təşkil edib.

Millitv.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqustla müqayisədə 100,1 faiz, cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 104,7 faiz olub.

Cari ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100 faiz, bu ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz olub. Sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 101,1 faiz təşkil edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz