Axtarış...

Paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb



İyunda Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına görə 0,4 faiz ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, iyunda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1 faiz ucuzlaşıb. Altı ayda əvvəlki ilin müvafiq dövrünə görə isə 2,2 faiz bahalaşıb. Eyni zamanda, iyunda qeyri-ərzaq məhsullarının qiymətləri may ayına görə 0,1 faiz ucuzlaşıb, birinci yarımildə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artıb.

İyunda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, yarım ildə əvvəlki ilin müvafiq dövrünə görə isə 4,6 faiz bahalaşıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz