"Bu gün "KFC"də aldığımız toyuq budlarında belə bir mənzərə ilə rastlaşdıq". DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Afa Orucova adlı istifadəçi bildirir. Narazı vətəndaş iddia edir ki, aldığı mhsulun üzərində tük topası aşkarlayıb. Yəni yediyi məhsul elə tüklü-tüklü bişirilərək ona verilib.
A.Orucova etirazına belə davam edir: "Yaxınlaşdim iradımı bildirdim, üzrxahlıq edib yenisi ilə əvəzləyə biləcəklərini söylədilər... yenisini istəmədik.
Bu gözlə görünən idi... Gözlə görünməyənləri fikirləşdikcə dəhşətə gəlirəm... Bununla da bizim üçün "KFC" mövzusu bağıandı..."
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...