""Saatlıda həkim yoxdur" deyirdilər, deyirdim "yox, var..." Bu gün şahidi oldum... küsən küssün, inciyən incisin..." DİA.AZ bildirir ki, bunu "Mənim Şikayətim var" sosial qrupundakı paylaşımında Zahir Məmmədov adlı istifadəçi bildirir.
Narazı vətəndaş daha sonra yazır: "Saatlı səhiyyəsində çoxu "malotaran"dı, çobandı... 1 həftədir anamın qolu sınıb. Saatlı rentgeni və başbilən cərrahı Əhədağa həkim arxayın edib ki, sınmayıb... çartlayıb.
Bu gün yaxşı kı Bakıya gətizdirdim. Bakıda Travmatologiya institutu Əhədağanın "çatlayan" dediyi qolun sındığını dedi... Gipsə qoydular...
Bir daha deyirəm Saatlıda həkim yoxdur... Ayıb olsun, sizə başqa heç nə deyə bilmirəm...
Əhədağa Sultanov həkimlikdən özün get, günü sabah ərizəni yaz və səbəb mənim anamın qolu sınmayıb çatlayıb diaqnozunu yaz..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...