"Şikayətim "İrşad Elektroniks"dəndir. Artıq 1 aydır kompüteri təmirə vermişəm. Zəng edib məlumat istəyirəm, deyirlər müqavilədə yazılıb, siz qol çəkmisiniz... təmir 2-45 iş gününə qədər çəkə bilər". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fərid Behbudov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Sadə bir problem üçün mən niyə 45 iş günü gözləməliyəm?! Bu nə qeyri-peşəkarlıqdır?! Ümumiyyətlə təmir xidmətiniz çox aşağı səviyyədədir. Heç kəsə sizdən kompüter almağı məsləhət görmürəm. Onlarda da oxşar hal yaranarsa, mənim kimi sürünəcəklər. Siz düşünmürsünüz ki, məhsul ehtiyaca əsasən alınıb, yəqin ki, hər hansı bir iş üçün istifadə olunur. Mən indi 45 iş günü gözləməliyəm ki, siz təmir edib, qaytarasınız. Mən bir də sizdən məhsul almaram, nə də dost-tanışıma sizi məsləhət görmərəm".
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...