“Şikayətim” Araz Supermarket”dəndir”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Vüqar Əlizadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Xırdalanda “Kristal Abşeron 2″ ilə üzbəüz filialda qiymətlərlə bağlı dəfələrlə şikayət etmişəm müdiriyyətə və məsul şəxslərə, bu gün yenə qiymətlərdə yanlışlıq olduğunu gördüm. Məsələn: Bağdan Albalı kompotunun vitrin qiyməti 1.70₼, kassa qiyməti 1.89₼, sırf bu məhsulun qiymətini 3 dəfə şikayət etmişəm, düzəltmirlər. Çiyələyin qiymətinin 3.49₼ olduğu halda kassada 4.39₼ vurmuşdular, geri qaytardım və qiyməti düzəltməklərini tələb etdim. Endirim edirlər, kassada endirimsiz qiymətə vururlar, vaxtı keçmiş məhsul (şirniyyat) gördüm, iradımı bildirdim, bundan başqa da bir çox məhsulların qiymətinin yanlış olduğunu bildirmişəm. Heç bir xeyri yoxdur, davam edirlər fırıldaqlıqlarına. Bunlara nəzarət edən bir qurum yoxdurmu?”
İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…