"Şikayətim "Rahat telecom" internet provayder şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Məhəmməd
Can adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Boğaza yığıblar artıq, demək olar ki hərgün heçbir səbəbsiz internet gedir və buna heçbir çarə qılmırlar. Müqavilədə qeyd olunub ki fasiləsiz olaraq internetlə təmin etməlidilər.
Ancaq mən hər ay ödənişimi vaxtında ödəməyimə baxmayaraq müqaviləni kobud şəkildə pozurlar. Qaldığım yerdə də başqa internet provayderi yoxdur.
Nə edə bilərəm bu halda?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...