"Şikayətim "CityNet" şirkətindəndir. 2 gündür ki, yaşadığım ərazidə internet işləmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nunu Rəşidli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Məsələyə qəti şəkildə baxmırlar. Zəng vuranda da zəngi açmırlar.
Bu şirkət problemi 2 gün ərzində aradan qaldırmağa qadir bir şirkət deyil. Keyfiyyət və məsuliyyət sıfırdır".
İddia olunanlarla bağlı Millitv.az.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...