"Şikayətim "28 mall"-dakı Bravodandır. DİA.AZ bildirir ki, bu barədə Ülvi Abdullayev adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Əvvəllər bu bravoda kartla ödənişdə heç bir problem yaşamırdım Axır 2-3 ayda nə vaxt bu Bravoya girsəm satıcılar ya post-terminallarının ya da sistemin işləmədiyini deyirlər Mən başa düşə bilmirəm O boyda marketdə alternativ əlavə post terminal yoxdur?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...