Azərbaycan Dövlət Pedoqoji Universietinin (ADPU) əsas korpusunda 3 gündür ki, tələbələrə qeyri-adi qadağa qoyulub. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.
Müraciət müəllifləri qeyd edir ki, fotoda gördüyümüz şəxs tələbələrin bufetdə kitab oxumalarını qanunsuz olaraq qadağan edib.
ƏLAQƏDAR VİDEO:
My WebpageTələbələrin müraciəində deyilir: "Bu adam bufetə girib qabağında kitab olan bütün tələbələri qovur. Səbəb də onu gətirir ki, bufetdə oturmağa yer yoxdur.
Hətta kitab bağlı olsa belə, masada kitab görsə belə, sərt formada zaldan qovmağa çalışır, xüsusən də qız tələbələri.
Deyir ki, oxu zalı var, orada oxuyun. Biz magistratura imtahanına hazırlaşan tələbələrik, o testləri müzakirə edə bilək deyə açıb işləyirik...
Oxu zalında 2 nəfərin pıçıldaşmağına belə icazə verilmir... Necə müzakirə edə bilərik ki?"
Məsələ ilə bağlı olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...Dia.az