Axtarış...

Beynəlxalq tibb hüququ haqqında kitab dərc edildi

Beynəlxalq tibb hüququ haqqında kitab dərc edildi
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin baş redaktorluğu ilə Azərbaycan Respublikasında ilk dəfə olaraq beynəlxalq tibb hüququ haqqında kitab dərc edilib.

Millitv.az saytı xəbər verir ki, yenicə işıq üzü görən bu əsərin müəllifi Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynovadır. Sözügedən fundamental əsərdə beynəlxalq tibb hüququna və onun ayrı-ayrı institutlarına doktrinal anlayış verilir, tibb fəaliyyəti üzrə münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir.

Müasir dövrdə səhiyyə, təbabət və tibb sferasında baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin bu istiqamətdə maariflənməsi, cəmiyyətdə hüquqi düşüncə və tibb mədəniyyətinin formalaşması baxımından kitab mühüm əhəmiyyətə malikdir. Kitabdan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, tibb hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.


Kitab Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 95 illiyinə həsr olunub.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz