"İnsanlar kitab kimidi əsil üzünü, üzünə baxınca deyil zamanla səhifələrini oxuduqca anlayırsan. Zəfər Qurbanov aqrar təhsil ocağına ilk gələndə bütün kollektiv elə zənn etdi ki, aqrar təhsil böyük inkişaf edəcək. Zamanla səhifələnən Zəfər Qurbanov kollektivdə yalançı elimdən idarəçilikdən bixəbər yalançı olduğu hamıya məlum oldu..." DİA.AZ bildirir ki, bu barədə Dövlət Aqrar Universitetinin kollektivi adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra davam edir: "İşlədiyi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə Zəfər Qurbanovdan zar-zor canını qurtardığını söyləyib. İkinci əgər Zəfər Qurbanovun hörməti Elmar Qasımovun yanında var idisə, niyə 30.05.2023 cü il tarixdə aqrar təhsil ocağındakı konfransa və 31 may məzun yarmarkasına qatılmadı.
Sayın Zəfər Qurbanov danışanda haqq ədalətdən danışırsan, amma əməllərin özbaşınalıqdır. Universitetdən cürbəcür əməllərlə pullar qazandın: gah dedin gəlməyən tələbələri qovun əmir hazırlayın xaric edəcəm... amma heç kimi xaric etmədin. Qarabağda gedən mitinqlərdə belə pul qazandın... dərsə gəlməyən bakalavr və magistır tələbələrdən pul yığdırdın... guya həmin tələblər Qarabağda gedən mitinqlərdə olduğunu söylədin... hamısının gəlməyən günlərini sildirdin.
Dedin universitetdə böyük maliyə pozğunluğu var, hamısın aradan qaldırdım böyük maliyyə vəsaiti ADAU-nin maliyyə hesabında qalacaq... əməkhaqqını qaldıracam... Amma sən heç Cənab Prezidentimiz İlham Əliyevin belə sərəncamını vecinə almadın. Bütün müəssisələr əməkhaqqını 12-14 faiz qaldırdı, amma sən bir manat belə əməkhaqqını qaldırmadın. Sanki aqrar təhsil ocağı atan Qəzənfərdən sənə qalıb. Ürəyin istəyən işçilərin maaşın elmi şuraya qoyaraq 130 faiz qaldırırsan. Bəs fikirləşirsən ki, ay düzgünlükdən danışan Zəfər Qurbanov, etdiyin ən böyük maliyyə pozğunluğudu.
Ümumi işlər üzrə yeni prorektor pensener Ramin Mustafayev təyin edirsən, ştat vahidi əməkhaqqısı 1050 manatdı amma, sayın Zəfər Qurbanov atası Qəzənfərdən qalan ata mülkündü ADAU-də etmədiyin özbaşınalıq qalmadı. Bəşir Bağırzadənin əli ilə qiyabi tələbələrin imtahandan keçməsi və kadr təyinatından korrupsiya edərək pullar mənimsədiniz. Orucov Vüsalın əli ilə HTİK nə işçilərin əməkhaqqından yığılan pulları belə mənimsədin. Elmi şurada ancaq mənasız sənə pul yığanların əməkhaqqıların artırmağa və mənası olmayan özünü təriflə deyil artırdığın maliyyə vəsaitindən və hər ay yığılan HTİK nin vəsaitini hara xərclədiyinin hesabatını ver kollektivə...."
DAVAMI VAR...
İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...