Axtarış...

Sahil Babayev şəhid ailələrin dövlətin üzərinə qaldırır - GİLEY

Sahil Babayev şəhid ailələrin dövlətin üzərinə qaldırır - GİLEY

"Artıq 2 həftədir ki, şəhid ailələri Azərbaycan Prezidentinin Sərəncmı ilə onlara çatmalı olan 11 min manat birdəfəlik ödəməni ala bilməmələrinə etiraz olaraq Mill Məclisin önünü toplaşırlar". Bu ifadələr DİA.AZ-a şəhid ailələri adından daxil olan müraciətdə yer alıb.

Müraciət müəllifləri daha sonra dia.az-a yazırlar: "Qeyd edək ki, Sərəncamın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Amma Sərəncamı icra etməli olan bu qurum şəhid aillərin qəbul edib onların problemlərin araşdırmaq əvəzinə onları daha da qızışdırıb dövlətin üzərinə qaldırmaqla məşğuldur. Nazir Sahil Babayev ortalıqda yoxdur. Əvəzində özünün mətbuat xidməti vasitəsilə şəhid ailələrini yalançı çıxarmağa girişib. Mətbuat xidməti həmin ailələrin əslində həmin pulu aldıqlarını iddia etməklə həmin şəxsləri yalançılıqda günahlandırmış oldu. Fakt isə ortadadır. Həmin ailələrin pulu almaların sübut edən heç bir sənəd yoxdur. Lap sənəd olsa belə şəhid ailəsi ilə o tonda danışmaq heç bir etik çərçivəyə sığmır. Görünən odur ki bu nazirlikdə qeyri-peşəkarlar söz sahibinə çevrilib. Əsgərlikdə belə olmayan bu şəxslərin övladını Vətən uğrunda qurban verən ailələrlə bu tərzdə davranmasının bir adı var-həmin şəxsləri dğvlətin üzərinə qaldırmaq.
Cənab Prezidentin ən uğurlu Sərəncamınını bu şəkildə gözdən salınması yəqin ki cavabsız qalmayacaq".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz