Axtarış...

Dövlətdən gizlənən `QAYALI`... - İTTİHAM VAR!



“Qayalı”da erməni dilində markalanmış məhsullar satılır… Sözün düzü, biz azad ticarətin, ticarət obyektlərinin, o cümlədən marketlər şəbəkəsinin fəaliyyətinin nəinki əleyhinə deyilik, əksinə təqdir edirik. Amma... Ölkədə cənab Prezidentin dediyi kimi istehsal sektoru inkişaf etməli, yeni zavodlar, fabriklər açılmalı, insanlar işlə təmin edilməlidir. Ancaq və ancaq supermarketlər açmaqla biz heç nəyə nail ola bilmərik. Obrazlı desək, ölkədə nə qədər SATAN olar, bəs İSTEHSALÇI..? Gedib hansısa ölkədən hazır məhsul gətirib baha qiymətə vətəndaşlara satmaqla məsələ həll olunmur.
Nə isə, sözün qısası, ölkəmizdə, o cümlədən Sumqayıt şəhərində marketlərin sayı durmadan artır. Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, 2 il öncə, yəni 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində yeni bir marketin, daha doğrusu, Sumqayıt Bulvarında “Qayalı” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib. Hətta videolara baxanda adam məəttəl qalır, qırmızı lent kəsilir, şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri tədbirdə çıxış edib gözəl sözlər deyirlər, yüzlərlə yeni iş yerlərinin açılması barədə danışırlar və s. və i. Yeri gəlmişkən, bu ticarət mərkəzinin adı göründüyü kimi, “GOLD QAYALI”dır, yəni QIZIL QAYALI...
İndi gəlin görək, 2 il öncə təmtəraqla, bəh-bəhlə əhaliyə təqdim olunan “Qayalı” Ticarət Mərkəzində vəziyyət necədir..? Sumqayıt sakinləri yazır ki, “Qayalı” Ticarət Mərkəzi məhsullarında ENDİRİM etdiklərini aləmə car çəkirlər. Müştərilər də buna aldanaraq saxta endirimli dükanlara üz tuturlar. Və “Qayalı”da alış-veriş edən Sumqayıt sakinləri deyir ki, piştaxtaya əvvəlki qiymət və endirimli qiymətin olduğunu özündə əks etdirən lövhələr qoyulub. Sən demə, həmin məhsullar əvvəllər də elə əhaliyə "endirim" adı ilə sırıdıqları qiymətə satılırmış. Yəni müştəriləri endirim adı altında cəlb edirlər.
Başqa bir alıcı mediaya şikayətində qeyd edir ki, “Gold Qayalı” marketi müştəri hüquqlarını pozur. Belə ki, alıcı üzərinə diqqət etmədən iki adda: “Zefir Sloyka” və “Elekber Paxlava” çəki ilə satılan şirniyyat məmulatı əldə edib. Müştəri məhsulları istifadə edəndə spesifik köhnə tam hiss edib. Alıcı ərzaqların üzərində məhsul haqqında məlumat axtardıqda isə nə istehsal, nə bitmə tarixi, nə də ki istehsalçı haqqında məlumat aşkar edə bilib. Həmçinin mağazanın təqdim etdiyi satış çekinin üzərində QR-kod və fiskal ID də əks olunmayıb.
Fikir verdinizmi,QAYALI sakinlərə üzərində istehsal və bitmə tarixi olmayan kiflənmiş, iy verən ərzaq və qida məhsulları satır. Bəs görəsən, o boyda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ), qurumun sədri cənab Qoşqar Təhməzli hara baxır..? Bu hələ harasıdır..?
Sən demə, “Qayalı” Ticarət Mərkəzində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsulu satışdan yığışdırıblar. Əslində, Azərbaycana gətirilən bütün məhsullar dövlət dilimizdə, yəni Azərbaycan dilində markalanmalıdır. Biz hələ “Qayalı” Ticarət Mərkəzinin vergidən yayınmasından danışmırıq. Görəsən, Vergilər Departamenti nə üçün bu məsələyə göz yumur..?
Biz “Qayalı” Ticarət Mərkəzində işə düzələn vətəndaşların qanuni əmək müqaviləsi olmadan gündə 10 saat çalışmasından danışmırıq.. Sadəcə, bilmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi niyə bircə dəfə yolunu “Qayalı”dan salmır… Axı, dəqiq bilirik ki, “Qayalı” Ticarət Mərkəzində alıcılara bonus və ƏDV-lər verilmir. Və ƏDV-ləri almaq istəyən müştərilərlə elə bir növbə yardılır ki, sakinlər bezib ƏDV almasınlar. Bunu da Vergi Xidməti görmür..?
Bütün bu suallara növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.
P. S. "Gold Qayalı"nın heç bir təhsili olmayan keçmiş "lafqa" sürücüsü İdrisin kimliyi haqqında növbəti sayımızda... //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz