Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Sumqayıt şəhərində “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il təkcə bu obyektdə - “Əli-94”də həyata keçirdiyi saxtakarlıq nəticəsində 1,5 milyon, “Səda Store”də sənədlərin saxtlaşdırılması nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.
Bu adam bütün mənəvi sərhədləri keçərək hətta öz dogma anasının, həyat yoldaşının adına saxta sənədlər tərtib edərək milyonları mənimsəyib. Vüqar Qələndərov dövlətdən mənimsədiyi milyonlar hesabına Sumqayıtda bir çox marketlər və ticarət mərkəzləri açıb. Həmin ticarət mərkəzlərində dövlət vergisindən küllü miqdarda yayınmalar baş verib.
Qısa məlumat üçün onu qeyd edək ki, uzun illərdir Sumqayıtda “Ən Ucuz” marketlər şəbəkəsi adı altında qanunsuz fəaliyyət quran Vüqar Qələndərovun sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun qohumları ilə sıx münasibətdə olması səbəbindən külli miqdarda vergidən yayına bilib.
Yeri gəlmişkən, bu obyektlərin daha böyüyündə - “Hiper Market”də aparılan saxtakarlıq zamanı isə hər il dövlətə milyonlarla zərər vurulub.
Təkcə onu qeyd edə bilərik ki, mediada yayılan və qarşı tərəfin təkzib etmədiyi məlumata görə, Vüqar Qələndərova məxsus “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlanır, yəni vergidən yayındırılır.
Təsəvvür edirsiniz, mediada yayılan məlumatlardan bəlli olur ki, Vüqar Qələndərova məxsus binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin Vüqar Qələndərov dövləti aldadaraq rəsmi sənədlərdə işçilərin sayını 20 nəfər göstərir. Yəni Vüqar Qələndərov sahibi olduğu sözügedən “Ən Ucuz” marketdə 125 nəfərin adını Vergilər Nazirliyindən və DSMF-dən gizlətməklə, külli miqdarda vergidən yayınır. Bunun özü böyük cinayət əməlidir. İndi isə Vüqar Qələndərovun “maaş” əməliyyatına nəzər salaq.
Deməli, Vüqar Qələndərov “qara mahasibatlıq” yolu ilə işçilərə verilən əmək haqqının 18 faizini vergidən, 25 faizini isə DSMF-dən gizlədir. Bunu aylara, illərə vuranda bəlli olacaq ki, Vüqar Qələndərov dövlətə neçə milyonlarla ziyan vurub. Bunlardan başqa Vüqar Qələndərov “qara mühasibatlıq” ilə hər ay neçə milyon manatı dövriyyədən çıxarır. Biz hələ ƏDV və digər vergilərdən necə yayınmağı demirik.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların əsası sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun dövründə qoyulub və bu gün də davam edir. Bu dediklərimiz Vüqar Qələndərovun əməllərinin cüzi bir hissəsidir.
Təkcə onu qeyd edək ki, sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzinin 3 mərtəbəli binasının zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də dövlətə vergi verilmir. Bütün bunlar azmış kimi Vüqar Qələndərovun marketləri vətəndaşlara vaxtı keçmiş, keyfiyyətsiz qida və ərzaq məhsullarını satır.
Sözün qısası, Vüqar Qələndərovun cinayətkər şəbəkəsinə son qoymağın zamanı çoxdan çatıb. Söz hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarınındır. //gundelik-baku.com//