Axtarış...

Hər gecə bahalaşan QİYMƏTLƏR... - NƏ ETMƏLİ?

Hər gecə bahalaşan QİYMƏTLƏR... - NƏ ETMƏLİ?

Məlumdur ki, bütün dünyada qiyməti bazar tənzimləyir. İqtisadi dildə desək, tələb və təklif deyilən iqtisadi kateqoriya var. Tələb artırsa, qiymət artır, əks halda qiymətlər düşür. Bu məsələnin iqtisadi tərəfi.
Azərbaycan hakimiyyəti haqlı olaraq, daha doğrusu, vətəndaşların vəziyyətini nəzərə alaraq bəzi qiymətləri ( nəqliyyat, kommunal xərclər, benzin, hətta çörək və buğda məhsulları və s ) nəzarətdə saxlayır və bu məsələ Tarif Şurası tərəfindən tənzimlənir.
Ancaq təəssüf ki, bəzi işbazlar ölkədə zaman-zaman süni qiymət artımı yaradır, qiymətləri süni şəkildə şişirdirlər.
Bu isə kasıb təbəqənin büdcəsinə kəskin təsir göstərir.
Bunu nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə və sərt şəkildə belə işbazlara xəbərdarlıq edib:
“Süni bahalaşmaya son qoyulmalıdır. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı suni şəkildə bəzi işbazlar qiyməti qaldırmaq istəyirlər. Müəyyən dərəcədə biz ərzaq məhsullarının idxalından asılıyıq. Hələ 100% özümüzü yerli istehsalla tam təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, həmin məhsullarda ümumiyyətlə qiymət artımı olmamalıdır”.
Cənab Prezident bundan artıq nə deməlidir ki..?
Təəssüf ki, işbazlar guya qiymət artımına yol vermədiklərini göstərmək üçün qiyməti süni şəkildə şişirtməyin yollarını tapıblar.
Yəni qiymətləri birdən-birə deyil, qəpik-qəpik bahalaşdırırlar.
Vətəndaşlarımız da süni qiymət artımı ilə az qala hər gün rastlaşırlar. Məsələn sakinlərdən biri deyir ki, sabun bu gün 6 qəpik bahalaşıb, şəkər tozu 12 qəpik bahalaşıb və s.
İşbazlar bu metodla elə gizli-gizli, qəpik-qəpik qaldırırlar ki, insanlar ilk baxışdan fərqində olmasınlar.
Hətta vəziyyət o qədər kritik olub ki, insanların zəruri və gündəlik tələbat malları, ərzaqlar da, yağ da, süd də hər gecə bahalaşır.
İşbazlar çalışır ki, qiymət artımı səssiz-küysüz olsun, yəni ictimai narazılıq olmasın.
Artıq marketlərdə qiymətlər əl yandırır, adi yumurta, yuyucu tozlar hər gün bahalaşır.
Təsəvvür edirsiniz, dövlətimiz kərə yağ üçün dövlət rüsumunu 3 dəfə azaltmaq barədə düşünür ki, camaat dolana bilsin, işbazlar isə əksinə qiymətləri qaldırır.
Bayramlar ərəfəsində isə işbazlar qiymətləri “ceyran belinə” qaldırır.
Bir soruşan yoxdur ki, ay dələduzlar, bayramda nə baş verir ki, qiymətləri süni şəkildə qaldırırsınız ?
Bu işbazlar dövlət başçısının qəti xəbərdarlığını da nəzərə almırlar.
3-4 qəpik qiymət artımı ilə bağlı danışanda isə işbazlar deyir ki, noolub ee, 3-4 qəpiklə dünya dağılmadı ki…
Bu yaramazlar başa düşmür ki, 3-4 qəpiyi hesablayanda ayda 70-80 manat eləyir. Kasıb təbəqənin isə buna imkanı çatmır.
Süni qiymət artımı ilə bağlı ekspertlərin fikirlərini oxuyanda adam məəttəl qalır.
Biri monopoliyanı, o biri gömrüyü, başqa birisi Tarif Şurasını ittiham edir. Ancaq heç kim süni qiymət artımının necə həyata keçirildiyini, mexanizmini göstərmir.
Gundəlik-Bakıya daxil olan məlumata görə, hər gün gecə, yəni alıcılar olmayanda 3 qız marketlərə daxil olaraq ərzaq məhsullarının üzərindəki qiymətləri 5 qəpik bahalaşdırır.
Bu biabırçılıq bir dəfə baş vermir, demək olar ki, hər gecə təkrarlanır.
Və gizli, xəlvəti mexanizm demək olar ki, bütün marketlərdə, NEPTUNda, SOLİTONda, RAHAT marketlər şəbəkəsində və digər marketlərdə baş verir.
Yəni marketlər gecələr süni qiymət artımı ilə məşğul olurlar.
Amma işbazlar unudur ki, kasıb təbəqəni düşünməyən, Prezidentin tapşırığını nəzərə almayan bu gizli qiymət artımının səsi-küyü bir gün çıxacaq.
Bax, onda işbazların başına DƏMİR YUMRUQ dəyəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz