"Belə bərbad bir müştəri xidmətiniz, işçiləriniz olduğuna görə fəaliyyətinizi dayandırmalısınız" DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Selcan Hacı adlı istifadəçi "Araz" Supermarketlər şəbəkəsinə xitabən bildirib.
Narazı vətəndaş daha sonra bildirir: "Mağazada özümüzə yaddaş olsun deyə 8 saniyəlik bir video çəkmişik, birdən səsli siqnal səslənir, mağazanın üç işçisi adama dəhşət bərbad bir tonda, ifadəylə yaxınlaşıb videonu silməyi tələb edir. sizin çəkiliş olmaz deyə bir siyasətiniz ola bilər, amma bu o mağazadan hər gün alış-veriş edən müştəriyə kriminal bir hadisə törətmiş kimi yaxınlaşıb əmr etməyə, yaşını ələ salmağa, "tik-toka zada yükləyəcəksiniz də" deməyə əsas vermir!
Biləcəri, Yəhya Hüseynov filialınızın nə kassirləri, nə digər şöbələrdəki işçiləri etik qaydalardan xəbərdardır. Müştərilərlə normal davranmağı öyrənmək məcburiyyətindəsiniz".
İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..