"Mənim şikayətim "Fəvvarələr" meydanında yerləşən "Frankie's Baku" restoranındandır. Qiymətlərin baha olmasına baxmayaraq porsiyaları sanki uşaq yeməyidir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kamran Məmmədov adlı istifadəçi giley edib.
Daha sonra narazı vətəndaş yazır: "Amma əsas o deyil. 13.06.2022 tarixində orda olarkən masadan qalxan zaman kassa çeki tələb etdiyimdə mənə "bizdə çek verilmir" deyə bildirdilər. Başa düşmədim o boyda müəssisə kassadan istifadə etmir? Edirsə mənim çekimi niyə mənə vermir? Xahiş edirəm aidiyyatı qurumların nümayəndələri bu postu görürsə lazımi tədbirləri icra etsinlər".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...