Axtarış...

'Bank of Baku' müştərisi ilə oğru dilində danışır - BU NƏDİ BELƏ?


Bir zamanlar adı yerli KİV-də hətta İranın şübhəli maliyyə dairələri ilə qoşa çəkilən 'Bank of Baku' indi də müştərilərə münasibətilə diqqətə gəlib. DİA.AZ bildirir ki, Rəşid Cəfərov adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında sözügedən banka qarşı qeyri-adi iddia səsləndirib.

R. Cəfərov yazır: "Tanışımın 'Bank of Baku'da krediti var. Özü müəllimədir. Bir ildi ödəniş edirdi, bu aydan ailə problemi yarandı... gecikdirib bir az.

Bankdan yığıb "oğru aləmi" dili ilə xanıma hədə gəlirlər ki, ödənişi elə.. Daha sonra ordan Elm vı təhsil nazirliyini, çalışdığı təhsil ocağının direktorunu yığırlar.

Başa düşürəm, krediti götürmüşəm... ödəmək borcumdur. Ödəyə bilmirəmsə, ver məhkəməyə də. Daha nazirlik demirlər, ailə üzvləri, qohumları demirlər.. adam qalmayıb yığmadıqları... "

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz