""Leo Bank" təəccübləndirməkdə davam edir. Əvvəl yanacaq doldurmadakı "cashback"ləri ləğv etdi (hərçənd ləğv edilmədiyini bildirirlər, yenidən geri qayıdacaq deyirlər), indi isə öz ATM-lərindən nəğdləşdirməyə komissiya tətbiq etdilər". DİA.AZ bildrir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında vüsal Zeynallı adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: ""BirKart"a lağ edirdik ki, öz vəsaitini nəğdləşdirəndə komissiya tutur. Artıq "Leo" da onlara qoşuldu.
Bircə qaldı "Cart to cart"... buna da bir əmma qoyun adlı-minnətli... daha "Leo"nu sındıraq ataq bir kənara…"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...