Rusiyanın 5 aparıcı bankının “SWIFT” sistemindən çıxarılması Azərbaycandakı bəzi kommersiya subyektlərinə də təsir göstərib. TİA.Az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən “Bank of Baku” Rusiyanın sanksiya ilə üzləşmiş həmin banklarından biri ilə beynəlxalq maliyyə əməliyyatlarını həyata keçirə bilmir. Bu da şübhəsiz ki, “Bank of Baku”nun fəaliyyətinə mənfi təsirini göstərməyə bilməz.
Məlumata görə, sanksiya tətbiq edilmiş rus bankı ilə maliyyə transferlərini həyata keçirmək mümkün olmur və Ukraynada gedən müharibənin nəticələri artıq Azərbaycan banklarına da təsir göstərməkdədir.
Qeyd eədk ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) – pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. İndi sanksiyalar rus bankı ilə “Bank of Baku” arasında maliyyə köçürmələrini məhdudlaşdırıb.