Axtarış...

Anar Hüseynova ittiham: “40 min manata yaxın subsidiya alsa da…”

Anar Hüseynova ittiham: “40 min manata yaxın subsidiya alsa da…”

Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC 2021-ci ildə Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində iki tədarükçü şirkətlə 170 hektar pambıq üçün müqavilə bağlayaraq dövlətdən 40 min manata yaxın subsidiya alsa da, tədarük məntəqələrinə pambıq verdiyi məlumatlara rast gəlinmir.

Bunu Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu bildirir.

Açıqlanan faktlarda daha sonra qeyd olunur: “Müqavləni “Azəraqrar” adından Anar Hüseynov imza edib. Əgər məhsul təhvili varsa, qəbul qəbzlərini burda yerləşdirilməsi xahiş olunur. Həmin ildə Beyləqan rayonunda orta məhsuldarlıq 35 sentner olduğunu nəzərə alsaq, həmin ili pambıqdan gələn gəlir son məhsul olaraq 560 ton xam pambıq və ya 225 ton pambiq lifi olub.

Bir ton pambıq lifinin 2500 dollar olduğunu nəzərə alsaq, həmin ili “Azəraqrar” MMC nin və ya Anar Hüseynovun qazancı yarım milyon dollar olub. Bu Azərbaycan manatı ilə 850.000 manat edir. Tək bir mövsmdə bir rayonda bir bitkidən götürülən qazanc bu qədər edirsə, bunların respublikada olan bütün 60000 hektar torpaqdan qazancını siz hesablayın.

Bunların hansı xidmətləri var ki, etdikləri qanunsuzluqlarına göz yumulur?”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Mənbə: Dia.az











Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz