Axtarış...

Kənd təsərrüfatı sahəsində mühüm addım

Kənd təsərrüfatı sahəsində mühüm addım

Azərbaycan dünyada rəqabət apara biləcək pambıq sortları yaradıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə İnstitutunun direktoru Elçin Xəlilov deyib.
Onun sözlərinə görə, tezyetişən və keyfiyyəti dünya standartlarına cavab verən yerli pambıq sortları "Gəncə-110", "Gəncə114", "Gəncə 160", "Gəncə-182" və "Gəncə-183" sortları yüksək məhsuldarlığı ilə seçilir:
"Bu sortların məhsuldarlığı və keyfiyyətini Yunanıstan etiraf edib. Yunanstan etiraf edib ki, artıq Azərbaycanın bu pambıq sortları dünyada ən yüksək keyfiyyətli pambıq sortları ilə rəqabətə girə bilər. Azərbaycan alimləri bu sortları yetişdirib və artıq əkininə başlanıb. Eyni zamanda bu sortlar toxuculuq sənayesinin də tələbatını ödəyir".
E. Xəlilov bildirib ki, Azərbaycanın yeni yerli sortları kifayət qədər keyfiyyətə malik olsa da. ölkəyə gətirilən xarici sortların toxumu yerli toxumlardan daha bahadır:
"Yerli sortların çiyid toxumunun kilosu 50 qəpik, Türkiyə sortlarının çiyidinin kiloqramı isə 6 manatdır. Yerli sortlar Türkiyə sortlarından fərqli olaraq daha tez yetişir. Türkiyə sortları isə daha gec yetişir. Aqrotexniki qaydalarla yütişdsirilən yerli sort pambıqlar 55-60 sentner məhsul verir. Hazırda Saatlı, Sabirabad, Neftçala və digər rayonlarda həmin yeni yerli soretlar yetişdirilir".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz