Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 mln. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesində 36,2%, geyim istehsalında 11,5% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 1,3% azalma müşahidə olunub.
Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanda 72 814,2 ton pambıq lifi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.
Cari ilin on bir ayında 18 568 min kv. metr hazır pambıq parçalar və 31 096,1 ton pambıq iplik buraxılıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,2% və 42,3% çoxdur. Xalça istehsalında da artım müşahidə olunur. Belə ki, 2019-cu ilin 11 ayı ərzində 2 616,2 kv. metr xalça və xalça məmulatları istehsal olunmuşdur ki, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.
Geyim istehsalı həcmində də artım qeydə alınıb. Belə ki, 2019-cu ilin on bir ayı ərzində 4 159,5 min ədəd geyim istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.
Geyim məhsullarının buraxılışı:
Geyim məhsulları
2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı
Üst geyim, min ədəd
332,2
87,9
1,4
Alt geyim, min ədəd
514,8
91,3
0,4
Digər trikotaj məmulatları, min ədəd
38,4
127,6
0,4
Corab məmulatları, min cüt
2 740,1
123,5
12,2
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd
529,8
165,4
1,9
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd
2 510,0
1,1
4 370,0
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd