Axtarış...

"25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY

"25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY

Ağdam rayon Əfətli kənd sakini Məmmədov Zöhrab Allahverdi oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına şikayət ünvanlayıb.

Qlobal.az elektron poçtuna göndərilmiş şikayəti olduğu kimi təqdim edir:

"Hörmətli Prezident!

Mən dəfələrlə aidiyyatı qurumlara, Ağdam rayon İcra Hakimiyyətinə, Ağdam Mexaniki Suvarma İdarəsinin işçilərinə və Ağdam rayon Kənd Təsərrufatı İdarəsinin rəisi Teyyub Nəcəfova müraciətlər etmişəm ki, mənim Əfətli kəndinin yuxarı hissəsində, ermənilərlə təmas xəttinin altında dövlət fondunda olan və pambıq əkilmiş torpaqların bir hissəsində (təxminən 25 ha) mən də 2.5 ha pambıq əkmişəm. Ümumilikdə həmin 25 ha torpaq sahəsinin, yəni pambıq əkilmiş sahənin suvarılması üçün su yoxdur. Biz həmin pambıq çiyidini demiyə, arat olunmamış sahəyə əkmişik və hal-hazırda suyun olmaması ucbatından suvara bilmirik. Ancaq fakt ondan ibarətdir ki, su olmamasına görə həmin pambıq sahəsini suvara bilmirik!

Hörmətli Prezident!

Əkmiş olduğum pambıq sahəsinin suvarılması üçün pambıq sahəsinin yaxınlığında subartezian quyusu var. Ancaq Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri H.Əzimzadə həmin quyunun silindiyini bildirir. Həmin 25 ha sahənin suvarılması üçün artezian quyusu ola-ola bizim pambıq sahələrimiz nə üçün yanmalıdır? Cənab Prezidentimizin kənd təsərrüfatının inkişafı üçün vermiş olduğu sərəncamlara Ağdam Mexaniki Suvarma İdarəsinin rəhbərliyi nə üçün əməl etmir və biz kəndçilərin 25 hektar pambıq sahələrimizi nə üçün külə döndərir? Sizlərə pambıq sahəmizin əvvəlki və indi vəziyyətinin video və fotoşəkillərini göndərirəm. O şəkillərə baxanda yəqin ki, bu məsələdə günahkar olan məmurlar haqqında aidiyyatı qurumlar lazımı ölçü götürəcəklər.

Hörmətli Prezident!

Mənim dəfələrlə etmiş olduğum müraciətlərimə Ağdam rayonunda məhəl qoyan yoxdur. Cənab Prezidentimiz bütün çıxışlarında qeyd edir ki, kənd təsərrüfatının inkişaf etdirmək lazımdır. Biz kəndçilər də cənab prezidentimizin çıxışlarına qoşularaq torpaq sahələrində pambıq əkmişik. Ancaq həmin pambıq sahələrimizi (25 ha pambıq sahəsini) Ağdam rayonundakı məmurlar susuzluqdan yandırırlar. Biz sakinlər nə edəcəyimizi bilmirik. Bu məsələ ilə bağlı mən 2018-ci ilin iyul ayında Ağdam məhkəməsinə müraciət edərək, iddia ərzəsi qaldırdım. Ancaq Ağdam rayon Məhkəməsi mənim iddia ərzəmə baxmaqdan imtina etdi və mənə şəxsən bildirdi ki, bu məsələyə baxmaq bizim səlahiyyətlərimizdə deyil. Mən çox hörmətli Ədliyyə Nazirimiz Fikirət Məmmədova üzümü tutub deyirəm mən indi hara müraciət edim? Hansı rayon məhkəməsinə dərdimi deyim?

Hörmətli Prezident!

Mənim "Ağdam Kənd Təsərrüfatı” MMC-ilə əkmiş olduğum pambıq sahəsini susuzluqdan yandırıb külə döndəriblər. Dəfələrlə yazılı müraciətlərimə baxmayaraq sahənin suvarılmasına Ağdam rayonundakı məmurlar köməklik etmədilər. Artıq pambıq sahəsi yararsız vəziyyətdədir. Mən Ağdam rayon Kənd Təsərrufatı İdarəsini bu məsələ ilə bağlı Ağdam Rayon Məhkəməsinə versəm də Ağdam Rayon Məhkəməsi mənim, bir sadə kəndçinin hüquqlarını qorumaq əvəzinə bəzi məmurların sifarişi ilə mənim iddia ərizəmi qəbul etmədi. Bu cür hal ciddi qanun pozuntusu deyilmi?

Hörmətli Prezident!

Bu məsəlinin həlli üçün Kənd təssərrüfatı üzrə bir mütəxəssis gəlməlidir və faktı bizlərin iştirakı ilə yoxlamalı və yerində akt tərtib etməlidir. Bir komissiya ayrılsa mən yazdıqlarımın həqiqət olduğunu öz gözləri ilə şahidi olacaqlar. Çox xahiş edirəm bir komissiya ayrılsın mənə və dövlətimizə dəymiş ziyana görə öz vəzifələrində sui-istifadə edən dövlət qurumlarının rəhbərləri haqqında lazımı ölçü götrülsün və dəymiş ziyan ödənilsin!

Sonda xahiş edirəm təcili olaraq bu problemin həll edilməsi ilə bağlı müvafiq hərəkətlərin yerinə yetirilməsinə göstəriş verəsiniz!

Hörmətlə:

İmza: Məmmədov Zöhrab Allahverdi oğlu

Qlobal.az

03.08.2018."
"25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY
"25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz