Axtarış...

Tovuzun dağ bulaqlarının suyu niyə azalıb? - Fotolar

Tovuzun dağ bulaqlarının suyu niyə azalıb? - Fotolar


Tovuzun bulaqların suyunda bu il kəskin azalmalar müşahidə edilir. Bəzilərinin suyu ya tamamilə quruyub, ya da bəzi bulaqlarda su kəskin azalıb.

Sakinlər bildirirlər ki, bulaq sularının borularla bəzi məkanlara, evlərə çəkilməsi bulaqların suyunun azalmasına səbəb olub.

Hacılar kənd sakini Firudin Babayevin sözlərinə görə, bulaqların belə ciddi azalmasını xatırlamır. Bu il isə hələ ki bu baş verməyib. Hətta bəzi bulaqlar tamam quruyub:

“Mən deyərdim ki, 90-cı ildən bəri yağıntı bu ərazilərə nadir hallarda düşüb. Qarın hündürlüyü əvvəllər haradasa 40-50 sm-ə çatırdı. İndi dağların başına 5-10 sm ancaq qar yağır. Buna görə də su azalır. Getdikcə də bulaqlarımız quruyur. Suyun quruması ilə əlaqədar turistlərin gəlişi hesab edirəm ki, azalacaq”.
Meliorasiya sahəsi üzrə mütəxəssis Məqsəd Nəbiyevin fikrincə isə bulaqların sularının azalmasına təsir edən başlıca səbəb bölgə iqlimində müşahidə edilən quraqlıqdır. O bildirib ki, yağıntının əraziyə az düşməsi dağ sularının azalmasına səbəb olur:

"Bizim regionumuzda əsasən içməli su mənbələri çeşmələr və təbii bulaqlardır. Həmin bulaqların da azalması, suyunun quruması təbii amillərdən tam asılıdır. Təbii amillər dedikdə, biz yağıntıların miqdarının azalması, qlobal istiləşmənin yaranması və meşə fondunun nisbətən azalması, həmin suların debitinin azalmasına səbəb olur ki, bu da həmin bulaqların qurumasına gözlərinin tutulmasına… Bundan əlavə həmin suların azalması, həmçinin bizim regionumuzda suvarma sularının azalmasına da gətirib çıxarır”.



"Azərtac"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz