Axtarış...

Daşınmaz əmlak bazarında ucuzlaşma nə qədər davam edəcək? — PROQNOZ

Daşınmaz əmlak bazarında ucuzlaşma nə qədər davam edəcək? — PROQNOZ


Azərbaycanda koronavirus pandemiyasının ən çox zərər vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Ekspertlərin sözlərinə görə, bazarda hazırda satış səviyyəsi çox aşağıdır.
Baku.ws xəbər verir ki, mart ayında isə bina və həyət evlərinin, həmçinin torpaq sahələrinin qiyməti kəskin ucuzlaşıb.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Lent.az -a bildirib ki, ucuzlaşma qarşıdakı aylarda da davam edəcək: “Vəziyyətlə əlaqədar alğı-satqı əməliyyatları məhdudlaşır. Daşınmaz əmlak bazarına yönəldilən vəsaitlərin miqdarı xeyli azalıb. Təbii ki, bəzi inzibati qərarlar bu sahədə fəaliyyət göstərən bazar iştirakçılarına da mənfi təsir göstərib. Bu da daşınmaz əmlak bazarında tələbin və qiymətlərin kəskin azalmasına gətirib çıxarır.

Düşünürəm ki, proseslərin müddətindən. eyni zamanda makroiqtisadi amillərdən çox şeylər asılı olacaq. Məsələyə təkcə texniki yanaşmanın tərəfdarı deyiləm. Daşınmaz əmlak bazarında baş verən proseslər makroiqtisadi amillərlə bağlıdır. Dünya iqtisadiyyatında baş verən proseslər, neftin qiymətinin, eyni zamanda xarici ölkələrdən qeyri-ixrac formasında daxil olan vəsaitlərin həcminin azalması (xaricdə yaşayan azərbaycanlıların ailə üzvlərinə pul göndərməsi) ölkəyə ümumi pul daxilolmalarının kəskin azalmasına səbəb olub.

Ona görə düşünürəm ki, qarşıdakı aylarda daşınmaz əmlak bazarında ucuzlaşma qaçılmazdır. Bütün evləri, torpaq sahələrini əhatə edəcək bu ucuzlaşmanın nə vaxtadək davam edəcəyini demək çətindir”.

Ramil Osmanlı ucuzlaşmanın tikinti materialları bazarına da kəskin təsir etdiyini vurğulayıb: “Sözsüz ki, daşınmaz əmlak bazarında tələbin aşağı düşməsinə görə tikinti materiallarına da tələbin azaldığı müşahidə olunur. Bu da təbii ki, tikinti materialları satışı ilə məşğul olanların qiymətləri azaltmasına səbəb olur. Ola bilər ki, məsələn, sentyabr ayına qədər pandemiya başa çatsın, amma neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə gəlib çatmasın.

Bu halda hesab edirəm ki, hökumət dövlət büdcəsinə yenidən baxmağa məcbur olacaq. Bu da ayrı-ayrı sahələr üçün nəzərdə tutulan investisiyaların azalmasına səbəb oalcaq. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə iqtisadi proseslərlə yanaşı, inzibati qərarlar da daşınmaz əmlak bazarına təsir edir. Ona görə düşünürəm ki, təkcə pandemiyanın başa çatması daşınmaz əmlak bazarının bərpa olunmasına kifayət etmir”,
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz