Oktyabrın 26-da axşam saatlarından başlayaraq Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Millitv.az Azərtac-a istinadən xəbər verir ki, hazırda yağmaqda davam edən qarın hündürlüyü Qubanın Xınalıq kəndində 2-3 santimetrə çatıb.
Qusarda isə qar Ləzə kəndi eləcə də Şahdag Turizm Mərkəzinin yerləşdiyi dağlıq ərazilərə düşüb. Bu ərazidə hazırda 1-2 sm qalınlığında qar var.