2026-cı ilə qədər xarici investorların (o cümlədən Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi hesabına Qarabağdakı layihələrə ayrılan investisiyaların təxminən 10 milyard dollar (ÜDM-in 18%-i) səviyyəsində planlaşdırılır.
Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.
"İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-xammal məhsullarının istehsalına və ixracına yönəldilmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq. Bizim hesablamalarımıza görə, 2023-cü ildə Qarabağda layihələr geniş vüsət alacaq və yalnız büdcə deyil, həm də xarici investisiyalar cəlb ediləcək ki, onların iqtisadi artıma töhfəsi 2,5 faiz ola bilər”, - bankın iqtisadçısı vurğulayıb.
Onun sözlərinə görə, iri nəqliyyat marşrutlarının inkişafına yönəlmiş yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyat sektorunun payını demək olar ki, 20%-ə çatdıracaq. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəlki dövrdə nəqliyyat sektorunun Azərbaycanın ÜDM-ə töhfəsi 10%-i demək olar ki, ötməyib.
“Report”