Axtarış...

BP Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib

BP Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib

2013-2017-ci illərdə BP Azərbaycandakı layihələrinə 37 milyard 576 milyon dollar sərf edib.

AZƏRTAC- bildirir ki, bu barədə BP-nin "2017-ci ildə Azərbaycanda davamlı inkişaf" adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 30 milyard 531 milyon dolları əsaslı xərclər, 7 milyard 45 milyon dolları isə əməliyyat məsrəfləri olub.

Qeyd edək ki, BP şirkəti 26 ildir Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri idarə edir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə ümumilikdə 72 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz