“Elman Rüstəmov dedi ki, kapital bazarı inkişaf etməyib.Qiymətli kağızların listinqinə daxil olan şirkətlərin fəaliyyəti yoxdur. Bu o deməkdir ki dövlətdən kənarda özəl bölmə funksional deyil. Təklif etdi ki, biz özəl bölmədən çempion şirkətlər yaratdaq, onlar kapital gətirsinlər. Bəs onda sual olunur, indiyə qədər nə ilə məşğul olmusunuz?”,- deyə iqtisadçı qeyd edib.
“Elman Rüstəmovun açıqlamasına görə, bizim aktivlərimiz öhdəliklərimizdən iki dəfə çoxdur. Öhdəlik isə borc deməkdir.
Bir tərəfdən deyirik ki, bizim 12 milyard borcumuz var və bunun 10 milyardını istifadə etmişik, bu yandan da deyir ki, aktivlərimiz öhdəliklərimizdən iki dəfə çoxdur yəni belə çıxır ki öhdəliyimiz ,yəni borcumuz 50 milyard dollardır.Mən başa düşmədim bu rəqəm hardan qaynaqlanıb. Belə çıxır ki ÜDM-də bizim borcumuzun payı 100 faizi keçib. Çünki ÜDM 40 milyard dollar ətrafındadır. Bu anlaşılmazlıqdır. Amma statistika borcumuzu 17,2 faiz olaraq göstərir. Maliyyə Naziri də qeyd etdi ki, birbaşa borcumuzun ÜDM-də payı 17 faizdir. Deməl, dolayı borclarımız da var və bu dolayı borclara da dövlət zəmanəti var. Prezident məhz bu məsələdən danışılarkən Samir Şərifova “ leksiya oxuyursan” dedi.
Nüfuzlu xarici iqtisadi nəşrlər deyir ki, Azərbaycanın borcu açıqlanan kimi deyil və getdikcə artacaq. Burda deyilir ki, borcumuz getdikcə artacaq, maliyyə naziri əmin edir ki, gələn il borcumuz bir faiz azalacaq. Mötəbər mənbələr bizim borcumuzu 17 milyard 418 milyon dollar olaraq göstərir, biz isə bunu 10 milyard 800 milyon dollar kimi göstəririk. 17 milyardı ÜDM-yə çevirəndə borc payı 40 faiz təşkil edir və bu kritik həddir.
Müşavirədə səsləndirilən hesabatla beynəlxalq hesabatlar arasında ciddi ziddiyyət görürəm”,- deyə iqtisadçı həyəcan təbili çalıb.