Axtarış...

İmişlidə tender oyunları – Vilyam Hacıyevə yaxın olduğu deyilən şirkət necə qalib olur?

İmişlidə tender oyunları – Vilyam Hacıyevə yaxın olduğu deyilən şirkət necə qalib olur?


İmşişli Rayon İcra Hakimiyyəti 2022-ci ildə abadlıq və təmir işlərinə 2 milyon manata yaxın vəsait xərcləyib.

Millitv.az “Reportyor.info”ya istinadla xəbər verir ki,qurum bu məqsədlə 5 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr aşağıdakılardır:
İmişli şəhərəinin parklarında abadlıq işləri üçün malların satın alınması – “Agah Group” MMC (70 294.37 AZN);

İmişli şəhərində abadlıq işlərinin aparılması – “Baku Building” MMC (221 106.51 AZN);

Beyləqan və Biləsuvar rayonu istiqamətlərindən giriş lövhələrinin, İmişli şəhəri T.İsmayılov və C.Dədəkişiyev küçələrində səkilərin əsaslı təmiri – “Vedi Construction” MMC (279 678 AZN);
İmişli rayonunun kəndlərində ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələri yaşayan kənddaxili avtomobil yollarının əsaslı təmiri – “Orion-E” MMC (560 441.5 AZN);
İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmiri işləri – “Orion-E” MMC (589 412.24 AZN).
İcra hakimiyyətinin müqavilə imzaladığı şirkətlərin adına şübhəli tenderlərdə rast gəlinir. Onlardan ən populyarı isə “Orion-E” MMC-dir. Bu şirkət Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-korrupsiya tədbirləri çərçivəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin dövründə daha icra hakimiyyətinin tenderlərini “əvəzedilməz” qalibi olub.
“Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 130 030 manatdır. Hüquqi ünvanı İmişli rayonu İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşən şirkətin qanuni təmsilçisi Qasımov Mürsəl İsa oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət 2020-ci ildə İmişli Rayon İcra hakimiyyəti maliyyə dəyəri 894 305.92 AZN təşkil edən iki satınalma müqaviləsi bağlayıb. Müqavilələrdə İmişlidə avtomobil yollarının təmiri və şəhərdə abadlıq işlərinin aparılması nəzərdə tutulur.
2021-ci ilin avqustunda isə İmişli Rayon İcra Hakimiyyəti ilə “Orion-E” MMC arasında 574 196.02 AZN-lik satınalma müqaviləsi imzalayıb. Müqavilədə İmişlidə avtomobil yollarının təmiri nəzərdə tutulur. Beləliklə, bir il əvvəl təmirinə yarım milyon sərf olunan yollar 2021-ci ildə bir o qədər məbləğ “udub”.
Bundan başqa, İmişli Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi də 2021-ci ilin avqustunda “Orion-E” MMC ilə İmişli şəhərində yerləşən bir sıra yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi üçün maliyyə dəyəri 62 557.81 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

Mediada gedən məlumatlara görə, “Orion-E” MMC-nin sahibi Şükür Astanovdur. O “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Şükür Astanovun adı həm də İmişli Asfalt Zavodunun direktoru kimi çəkilir.
2020-ci ildə mediada gedən məlumatlarda Şükür Astanov 6 saylı regional yol istismar idarəsinin müdiri ilə yanaşı, “Orion-E” MMC-nin sahibi kimi təqdim edilir. Onun özünün MMC-nin rəhbəri kimi açıqlamaları var.
Mediada Şükür Astanovun İmişlinin keçmiş icra başçısı hazırda həbsdə olan Vilyam Hacıyevlə də yaxınlığının olması barədə də iddialar yer alıb. Bildirilir ki, İmişlidə həyata keçirilən tiktinti, yol çəkilişləri, abadlıq işləri, çoxsaylı dövlət layihələri Vilyam Hacıyev tərəfindən onun şirkətinə tapşırılıb. İddialara görə, o, keçmiş icra başçısının oğlu Məhəmməd Hacıyevin toyuna 5000 manat nəmər salıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz