Axtarış...

Asfalta, abadlığa tökülən milyonlar: DÖVLƏT BÜDCƏSİ NECƏ TALANIR?!

Asfalta, abadlığa tökülən milyonlar: DÖVLƏT BÜDCƏSİ NECƏ TALANIR?!

Azərbaycanda bir çox dövlət qurumlarının dövlət vəsaitlərini tender yolu ilə mənimsədikləri artıq heç kimə sirr deyil. Bu haqda onlarla cinayət işlərinin açılması faktı da mövcuddur. Elə sonuncu olaraq Qusar Mərkəzi Xəstəxanasının baş həkiminin xəstəxana üçün dövlət vəsaiti hesabına aldığı tibbi avadanlığı dəyərindən xeyli ucuz qiymətə fiziki şəxsə satması da məmurların gözü çıxarılmış onlarla qardaşlarından dərs götürmədiyini göstərir.

Bu sahədə iş o qədər dözülməz vəziyyətə çatdı ki, ölkə prezidenti İlham Əliyev də bu haqda açıq danışdı. Prezident Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbulda bu problemi dilə gətirdi: “Həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır”.

Bu xəbərdarlıqdan sonra proses dayanıbmı? Çətin.

Aparılan araşdırmalar belə bir qənaət hasil edir ki, büdcə vəsaitləri daha çox yolların təmiri və abadlıq adı altında mənimsənilir. Bəzən elə olur ki, bir ildə eyni yolunu təmiri haqda iki dəfə tender elan edilir. Və yaxud bir binanın 2-3 ildən bir əsaslı təmirinə nə ehtiyac var?

Dövlət satınalmaları saytında oktyabrın 18-dən 22-dək olan müddətdə həyata keçirilən müsabiqələrin qısa araşdırmasını apardıq. Sadəcə yolların təmiri və abadlıq kateqoriyası üzrə. Son 5 gündə bu istiqamətdə keçirilən tenderlərin elan olunmuş nəticələrini təqdim edirik:

Şəki şəhər icra hakimiyyəti: Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri - 708293.35 AZN

Oğuz rayon icra hakimiyyəti: Oğuz rayonu üzrə abadlıq və təmizlik işlərinin aparılması üçün materialın alınması - 13348.16 AZN

Saatlı rayon icra hakimiyyəti: Saatlı şəhəri ərazisində yerləşən 280, 282, 284, 290 və 288 saylı iki və beş mərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinin satınalınması - 49782.61 AZN

“Bakı şəhər əsaslı tikinti və təmir” MMC: Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsinin satınalınması - 788771 AZN

Tərrtər rayon icra hakimiyyəti başçısının Tərtər şəhəri üzrə nüümayəndəsi: Abadlıq işlərinin satın alınması - 719959.73 AZN

Qusar rayon icra hakimiyyəti: Qusar rayonunda yerləşən fərdi yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi - 63491.17 AZN

Biləsuvar rayon icra hakimiyyəti: Biləsuvar şəhərində avtomobil yollarının təmiri - 549014.99 AZN

Qobustan rayon icra hakimiyyəti başçısının Qobustan şəhəri üzrə icra nümayəndəliyi: Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması - 278851.23 AZN

Abşeron rayon icra hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi: Yolların təmiri işlərinin satın alınması - 1126797.43 AZN

Hesablayaq: 3 milyon 284 min 309 manat 67 qəpik...

Təkcə 5 gündə abadlıq və yolların təmiri üçün büdcədən 3.2 milyon manat vəsait sərf olunub. İndi bunu bir ilə hesablayanda görün, nə qədər pul edir. Problem mövcuddur. Bu yolla dövlətə xəyanət edən məmurların dəyişimi mütləqdir. Büdcənin təkcə tender yolu ilə talanmasının qarşısı alınarsa, o zaman uşaq pulu problemi də həll olunar, həkilmərin-müəllimlərin əməkhaqları da kifayət qədər yüksək olar, təqaüdçülərin gözlərini dikdiyi təqaüdlərin məbləğl də.../“Yeni Sabah”


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz